“Koramal” filmi iyulun 16-20-də İranda keçiriləcək qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu il “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkilən və “EXA prodakşn”ın istehsalı olan filmin ssenari müəllifi və quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Filmdə İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər. Qeyd edək ki, “Koramal” 2009-cu ildə Latviyanın paytaxtı Riqa şəhərində keçirilən “2ANNAS” beynəlxalq film festivalında “Special Mention” mükafatına layiq görülüb, Serbiyada keçirilən 8-ci “Dokufest” film festivalında, Ukraynada keçirilən “Stupeni” beynəlxalq kino festivalında mükafat qazanıb.