“Bir addım” kinostudiyasında yeni “Miras” sənədli filmi istehsal olunub. Filmin quruluşçu rejissoru Fariz Əhmədovun verdiyi məlumata görə, filmin çəkilişləri Masazır qəsəbəsinə yaxın olan Duz gölü ətrafında iki gün ərzində aparılıb. 12 dəqiqədən ibarət olan “Miras” sənədli filminin ssenari müəllifi Esmira Əyyub, quruluşçu rejissoru Fariz Əhmədov, operatoru Fərid Şamiloğlu, səs rejissorları Elşən Aslanzadə, prodüserləri Zakir Musayev və Rəşad Qasımovdur.
   Filmin əsas qəhrəmanı uşaqlıqdan atasının yanında Duz gölündə işləyən 9-cu sinif şagirdi Əlidir. Yaxın vaxtlarda filmin nümayişinin təşkili nəzərdə tutulur.