İsveçrədə ötən həftə başa çatan 63-cü Lokarno Benəlxalq Kinofestivalında baş mükafatı, “Qızıl Leopard”ı Çin rejissoru Li Honqin çəkdiyi “Qış tətili” filmi qazanıb. Film “Qızıl Leopard”la yanaşı, Beynəlxalq Kino Yazarları Federasiyasının mükafatına da layiq görülüb. Kanadanın “Burulmaq” filmi də festivalda iki mükafat - “Ən yaxşı rejissor” (Denis Cote) və “Ən yaxşı aktyor” (Emmanuel Bilodeau) mükafatlarını qazanıb.
   “Ən yaxşı ikinci film” xüsusi mükafatını isə Fransa, Rumıniya və Macarıstan istehsalı olan “Sabah” (rejissor Maria Krisan) filmi əldə edib. Serb rejissor Oleq Novkoviçin “Dümağ dünya” filmində fədakar ana rolunu canlandıran Jasna Duriciçə “Ən yaxşı aktrisa” mükafatı verilib.