Maykl Duqlasın oynadığı “Pul heç vaxt yatmır” yeni filmi sentyabrın 24-də ABŞ-da kinoteatrlarda göstərilməyə başlanılacaq. Aktyorun xəstə olmasına baxmayaraq filmin təqdimatı təxirə salınmayıb. Xərçəng diaqnozu qoyulan M.Duqlas xəstəliyi ərəfəsində Sürix Film Festivalı tərəfindən “Həyat boyu müvəffəqiyyət” mükafatlına layiq görülüb. Ancaq festival rəhbərliyi məşhur aktyorun xəstəliyi səbəbindən mərasimə qatıla bilməyəcəyini açıqlayıb. Qeyd edilib ki, mükafatı aktyorun yaxın dostu aktyor Denni de Vito qəbul edəcək.