“Oyuncaqların tarixi-3” bir milyard dollar gətirən ilk cizgi filmi olub. İndiyədək belə rekordlara yalnız “Titanik” və “Avatar” tammetrajlı filmləri nail olub. AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, “Oyuncaqların tarixi-3” cizgi filmi ümumilikdə 1 milyard 12 milyon 130 min dollar gəlir gətirib. Bu filmin çəkilişləri isə 200 milyon dollara başa gəlib.