Sentyabrın 23-30-da Belarusun Moqilyov şəhərində “Animayevka -2010” VIII Beynəlxalq animasiya filmləri festivalı keçiriləcək. Festivala 19 ölkənin 35 studiyasında hazırlanmış 122 animasiya filmi təqdim olunub. Festivalın xüsusi komissiyası tərəfindən 44 rejissor işi müsabiqədə iştirak hüququ qazanıb. Festival komissiyasının sədri sənətşünas Natalya Krivulidir. Müsabiqədə Azərbaycanı “Azanfilm” kinostudiyasının istehsalı olan “İt sərgisi” animasiya filmi təmsil edəcək. Animasiya filminin quruluşçu rejissoru Arif Məhərrəmovdur.