Sentyabrın 22-də Azərbaycan Dövlət Film Fondunun kinozalında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə ithaf olunmuş “Müqəddəs zirvə” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə çəkilən filmin rejissoru Etibar Məmmədov, redaktoru Günel Paşayeva, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır. “Müqəddəs Zirvə” sənədli filmində Mübariz İbrahimovun həyatı və döyüş yolundan bəhs olunur. Filmdə Milli Qəhrəmanın valideynləri, yaxınları, həmçinin Daxili Qoşunlarda və Milli Orduda əsgər yoldaşları, komandirlərinin fikirləri öz əksini tapıb. Mübariz İbrahimovun Vətən, Qarabağ haqqında düşüncələri də filmdə xüsusi yer tutur.
   Tədbirdə Mübariz İbrahimovun valideynləri, döyüş yoldaşları, millət vəkilləri, Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri, gənclər iştirak edəcəklər.