Azərbaycan Avstriyanın Vels şəhərində keçiriləcək XII Beynəlxalq festivala dəvət alıb. Festivalda ölkəmizi Murad Muradovun rejissorluğu ilə çəkilmiş “Kənar” filmi təmsil edəcək. Festivalın noyabrın 16-20-də keçirilməsi nəzərdə tutulub. 
   Rejissorun sözlərinə görə, Azərbaycan-Gürcüstan “İnternews” şirkətinin birgə məhsulu olan film təhsildən imtina etmiş qızın həyatından bəhs edir. Bu film ötən il “Azərbaycan ailəsi” film festivalında II yeri tutub, 2008-ci ildə Gürcüstanda keçirilən Cənubi Qafqaz gənclərinin sənədli film festivalında “Ən yaxşı emosional film”, “Ən yaxşı film” və “Ən yaxşı rejissor işi” nominasiyalarında mükafat alıb.