Sənədli ekran əsəri məşhur yazıçı Məhəmməd Əsəd bəyə həsr olunub
   
   Azərbaycan Kinematoqrafçılar İttifaqında Məhəmməd Əsəd bəyə həsr olunmuş “Adın sirri və Taleh Qurban Səid” filminin təqdimatı keçirilib. Filmin quruluşçu rejissoru Murad Muradov, ssenari müəllifi Həsən Quliyev, operatoru Mətləb Yaquboğlu, rəssamı Olqa Şabanova, prodüserləri Çingiz Abdullayev və Həsən Quliyevdir. Film “Ritm production”un bazasında hazırlanıb.
   Filmin təqdimatı ilə yanaşı, Məhəmməd Əsəd bəyin 105 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına da nəzər salınıb. Filmin rejissoru Murad Muradov deyib ki, filmdə çoxsaylı arxiv kadrlarından istifadə olunub. Rejissor filmə ona təqdim olunan foto-şəkillər və Məhəmməd Əsəd bəyin kitabları ilə bağlı kadrların salındığını da deyib.