Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
   
   AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Zoologiya İnstitutunun 80 illik yubileyinə həsr edilən “Milli faunamız uşaqların gözü ilə” rəsm müsabiqəsinin sərgisi və qaliblərin mükafatlandırılması mərasimi olub.
   Sərgi Zoologiya İnstitutu və “Əlifba” Tədris Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil olunub.
   Zoologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, biologiya elmləri doktoru Elşad Əhmədov sərgi-müsabiqəyə təqdim edilən əl işlərini yüksək qiymətləndirib.
   “Əlifba” Tədris Mərkəzinin direktoru Sevda Əliyeva sərginin təşkilinə görə instituta təşəkkürünü bildirib.
   Sonra iştirakçılar sərgidəki əsərlərlə tanış olublar. Sərgidə 28 şagirdin rəsmləri nümayiş etdirilib. Müəlliflərə hədiyyə və sertifikat təqdim olunub.