Dima Bilan MTV tamaşaçıları tərəfindən “Ən yaxşı Rusiya artisti” adına layiq görülüb. Onun rəqibləri arasında məşhurlardan Noize MC, Timati, “Serebro” və “A"Studio” qrupu da var idi. Dima Bilan Rusiyanı “MTV EMA 2010” musiqili mükafatlandırma müsabiqəsində təmsil edəcək.
   “MTV EMA 2010” mükafatlandırma mərasimi noyabrın 7-də Madriddə keçiriləcək. Mərasimi amerikalı aktrisa və model Eva Lonqoria aparacaq.
   Mərasimdə məşhurlardan Şakira, Keti Perri, Linkin Park, Plan B. və digərləri çıxış edəcək. Tədbirin onlayn-canlı yayımını aparmaq müğənni-reper Castin Biberə tapşırılıb.
   Qeyd edək ki, “MTV EMA 2010” müsabiqəsində “Ən yaxşı Avropa artisti” nominasiyasında 22 reqional qalib mübarizə aparır.