Noyabrın 5-də Türkiyə kinoteatrlarında “Pak Panter” filmi nümayiş etdiriləcək.
   Filmdə Türkiyədə yaradılmış “Pak Panter” təşkilatı agentlərinin Rusiyada bir türk naziri girovdan qurtarmaq üçün keçirdikləri əməliyyat zamanı başlarına gələn məzəli əhvalatlardan bəhs edilir. Filmdə agentlərin əvvəlcə Rusiya əvəzinə səhvən Azərbaycana gəlmələri və burada azərbaycanlı agent Gülzarla tanış olmaları da öz əksini tapıb.
   Komediya-detektiv janrında çəkilən filmin rejissoru Murat Aslandır. Filmdə azərbaycanlı agent xanım Gülzar obrazını ekranda türkiyəli aktrisa Doğa Rutkay canlandırır.