Sabah (saat 17.00) R.Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Rəfiq Zəka Xəndan zəngin ədəbi irsə malik olan şair, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun özünəməxsus poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə mahnılar bəstələnib. Şair heca və əruz vəznlərində əsərlər yaradıb. Əsərlərinin əsas mövzuları türkçülük, vətən sevgisi, məhəbbət, qəhrəmanlıq, öyüd-nəsihət kimi mövzulardır. Tədbir zamanı şairin şerlərini səslənəcək, Mahnı Teatrının musiqi kollektivi isə Rəfiq Zəkanın sözlərinə bəstələnən mahnılar ifa edəcək.