Xalça Muzeyində regional seminar keçiriləcək
   
   25-27 yanvar tarixində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Regional seminarın açılış mərasimi 25 yanvarda Xalça Muzeyində olacaq.
   Seminar çərçivəsində yanvarın 25-də Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da planlaşdırılır. Burada Azərbaycan, Dağıstan və Gürcüstan zərgərlərinin əl işləri nümayiş olunacaq. Qeyd edək ki, seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.