Amma əsərin ölkədən çıxarılmasına qadağa qoyulub
   
   Məşhur ispan rəssamı Dieqo Velaskesin (1599-1660) “Qız portreti” əsəri Abalarte hərrac evində 8 milyon avroya satılıb. Alıcının adı açıqlanmır. 
   Aprelin 21-də isə İspaniyanın aidiyyəti qurumları əsərin ölkədən çıxarılmasına qadağa qoyub. Bildirilib ki, əsər ispan tarixi irsinin nümunələrindəndir. Hesab olunur ki, portret Velaskesin erkən işidir. Əsərin yaradılması 1616-1617-ci illərə təsadüf edir, o vaxt 17-18 yaşlı rəssam Sevilyada yaşayırdı.
   Eyni ailədən olan bir neçə nəsillər bu portreti qoruyub saxlamışdılar. Yaxın zamanlara kimi portret öyrənilməmişdi və sahiblərinin bu əsərin tarixi, bədii dəyəri barədə məlumatı olmayıb.
   
   İlona