Yazıçı komissar rolunda
   Barselona Müasir Mədəniyyət Mərkəzinin rəhbəri Josep Ramoneda, Barselona şəhərində 2013-cü ildə açılması nəzərdə tutulan İstanbul mövzulu bir sərgidə Nobel mükafatçısı, yazar Orxan Pamukun "sərgi komissarı" olacağını bildirib. Bu barədə O, Barselonada keçirilmiş “Gələcəyi düşünmək” devizli ədəbi tədbirin açılışını edən O.Pamukla tanışlıqdan sonra qərar verib. Pamuk bir sərginin komissarı olacağından məmnunluğunu gizlətməyərək bunu belə müqayisə edib. “Biz romanlarda özümüzü axtarırıq, bunu düşüncələrimizlə tənha qaldığımız muzeylərdə, sərgilərdə də edə bilərik».
   
   Məşhur Amerika yazıçısı vəfat etdi
   Bütün zamanların ən gözəl məhəbbət əsərlərindən biri olan “Eşq hekayəsi” romanın müəllifi məşhur yazıçı Erk Seqal 72 yaşında vəfat edib. Özü qədər məşhur romanındakı sevgi romantikası ilə milyonlarla oxucu qazanmış amerikalı yazıçı son 25 ilini pakinson xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, Nyu-Yorkda doğulan yazıçı ədəbiyyat alimi olmamışdan əvvəl 32 yaşında qələmə aldığı “Eşq hekayəsi” ilə bütün dünyada məşhurlaşmışdır. Əsər 5 il ərzində satışına görə kitab ticarətində rekorda imza atmışdır. Əsərin əsasında çəkilən film isə 7 “Oskar”a sahib olmuşdur.
   
   Polkovnikə heç kim yazmır...
   Bu şənbə “525 kitab” seriyasından oxuculara “Polkovnikə heç kim yazmır” adlı kitab təqdim olunacaq. Səlim Babullaoğlunun şeirlərinin toplandığı bu kitab şairin eyniadlı şeirinin adı ilə adlandırılıb.
   
   Görüş yeri - kitabxana
   Yanvarın 24-də “Şəms” qadınlar məclisinin təşəbbüsü ilə M.Ə.Sabir adına kitabxanada şair- filoloq Ənvər Nəzərli ilə görüş keçiriləcək. Görüşdə ədəbi məclis üzvlərinin də yeni yaradıcılıq nümunələrini dinləniləcək.
   
   Sabutay