Dünya ədəbiyyatına qorxu, gərginlik aşılayan poeziyası və nəsri ilə daxil olmuş amerikalı məşhur şair Edqar Ponun hər doğum günündə onun məzarını ziyarət edən sadiq oxucu bu il onun məzarı başında görünməyib. Hadisənin sensasiya ilə qarşılanmasının səbəbi ondadır ki, bu oxucu düz 60 ildir Ponun məzarını ziyarət ənənəsinə bircə dəfə də fasilə verməyib. Hər gəlişində məzar üstünə gül dəstələri və bir şüşə konyak qoymaqla ziyarətini həyata keçirən sirli şəxsin ənənəni pozma səbəblərinə “Edqar Po” fondunun təmsilçiləri aydınlıq gətirib. Fondun təmsilçisi deyib ki, şairin Baltimor qəbiristanlığındakı məzarını həmin şəxs 1949-cu ildən ziyarət edir. Bu ziyarət isə hər ilin 19 yanvarında, yəni şairin ad günü gecə saatlarından səhər 5 radələrinə qədər həyata keçirilirdi. Fond təmsilçisinin açıqlamasından məlum olur ki, şairin məzarı üstündə tapılan başqa bir ziyarətçinin yazdı məktuba görə ənənəni yaradan şəxs dünyasını dəyişib.