1882-ci ildə irlandiyalı yazıçı Ceyms Coys (12 fevral) dünyaya gəlib. Ədəbiyyata gətirdiyi yeniliklərlə 20-ci əsr nəsrinə böyük təsir göstərmiş yazar, Dublin Universitetində təhsil alır və hələ tələbə ikən İbsenin bir əsərinin süjeti üzərində roman yazır və nüfuzlu ədəbi jurnalların birində çap olunur. Daha sonra “Otaq musiqiləri” silsiləsindən şeirləri ilə çıxış edən müəllifin “Dublinlilər” əsəri İngiltərədə çap olunduqdan sonra tək adamın ifasında “Sürgündəkilər” dramını yazır. Onu yetərincə məşhur edən “Uillis“ əsəri kitab şəklində ilk dəfə 1922-ci ildə Parisdə nəşr edilir. Dublində keçən 24 saatı izah edən roman Homerin «Odesseya»sı üzərinə qurulub. Bir çox yeni texnikanın istifadə edildiyi roman nəşr olunduqdan sonra böyük əks-səda yaradır.
   
   
   2005-ci ildə (10 fevral) amerikalı dramaturq Artur Miller vəfat edib. 1915- ci ildə doğulan yazıçının qəhrəmanları əsasən sərt cəmiyyət içərisində öz vicdanlarıyla yaşaya bilmək üçün fərdi mübarizə aparan insanlardır. İlk baxışda onun əsərləri məişət məsələlərini izah edən fərdi dramlar kimi görünsə də, əslində dövrün əhəmiyyətli ictimai, siyasi və əxlaqi problemləri əsas mövzu hədəfinə çevrilir.Onun “Satıcının ölümü”, “Cadugər qazanı”, “Körpüdən baxış”, “Bütün oğullarım” kimi əsərlərinin mövzusu da məhz cəmiyyət həyatını təhlil edir.
   
   
   1903-cü ildə (13 fevral) detektiv yazarı Jorj Simenon Belçikanın Lyej şəhərində dünyaya göz açıb.Onu fransızca yazan belçikalı adlandırırdılar. Qəhrəmanı komissar Maqret olan 75 romanı və 28 qısa hekayəsiylə daha çox tanınıb.
   Simenon gündə 60-80 səhifə yazma bacarığı ilə 20-ci əsrin ən məhsuldar yazıçılarından biriydi. 200 roman, 150-ə qədər novella, saysız avtobioqrafik məqalə, qondarma adla isə çoxlu "ucuz” romanlar yazan müəllifin külliyyatı ümumilikdə 550 milyon nüxsəyə çatır. O, 1989-cu ildə İsveçrədə vəfat edib.
   
   
   1928-ci ildə (20 fevral) şair Əliağa Kürçaylı Salyan rayonu Kürqaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən çıxıb Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləyən şair "Sənin gözlərin" adlı ilk şeiri ilə ədəbi diqqəti cəlb edir və onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər. Lakin qonşu ölkənin ab-havası ona düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir .Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik edir və ömrünün sonunadək "Yazıçı" nəşriyyatının baş redaktoru olub. 1980-ci il fevralın 11-də vəfat edib.
   
   Sabutay