Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları tərəfindən ali məktəblər üçün hazırlanan “Mədəniyyət tarixi və nəzəriyyəsi” adlı dərsliyin təkmilləşdirilmiş ikinci nəşri işıq üzü görüb. Mədəniyyətin nəzəri problemlərini və dünya mədəniyyətinin əsas dövrlərini əhatə edən dərsliyin elmi redaktoru Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Humanitar və ictimai elmlər” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi, professor Validə Məmmədovadır. Dərsliyin rəyçiləri AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İnqilab Kərimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, filologiya elmləri doktoru Gültəkin Sultanova, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Şəhrəddin Məmmədov, Bülbül adına Bakı Orta İxtisas Musiqi Məktəbinin direktoru, fəlsəfə elmləri doktoru, professor Nigar Cərullaqızıdır. Dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və müvafiq problemlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.