Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün piar (PR) işinin təşkili, vaxtın idarə edilməsi mövzularında təlim keçirilib. Tədbirdə "AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin müdiri Dilara Zamanova turizm sahəsində PR işinin təşkili və uğurlu fəaliyyətlə bağlı təqdimatla çıxış edib.
Təlimçi Çimnaz Qasımova qadınların işgüzar fəaliyyətində vaxtın idarə olunması, uğurun sirri və motivasiya mövzusunda danışıb, iş, karyera və ambisiyalarla həyat tərzi, yəni sağlamlıq, məmnuniyyət, asudə vaxt və ailə arasında balansın formalaşdırılmasının insanlar üçün vacibliyini bildirib.