Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Macarıstan Turizm Operatorları Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. AzTA-dan bildiriblər ki, bu barədə razılıq Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.
   Görüş zamanı turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin tərəflər aprel ayında AzTA üzvləri üçün infoturun təşkil edilməsi barədə razılığa gəliblər.