Bu il İstanbul Mədəniyyət və Sənət Vəqfinin (İKSV) dördüncü dəfə keçirəcəyi dizayn biennalesinin (İstanbul Tasarım Bienali) iştirakçıları və vaxtı artıq məlumdur. Köhnə və yeni bilikləri, akademizmlə novator ruhu, peşəkarlarla həvəskarları bir araya gətirəcək biennale sentyabrın 22-dən oktyabrın 4-dək davam edəcək.

Türkiyə mediası xəbər verir ki, biennaleyə 41 ölkədən 700 nəfərdən çox iştirakçı qatılacaq.

Layihəyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Valiliyi, İstanbul  Mədəniyyət və Turizm İdarəsi, İstanbul Böyükşəhər Bələdiyyəsi və digər qurumlar dəstək verir.