Başqırdıstan Opera və Balet Teatrı Fyodor Şalyapin adına Vokalçıların II Beynəlxalq müsabiqəsinə iştirak ərizələrini qəbul edir. Müsabiqə sentyabrın 20-dən 25-dək Ufada keçiriləcək. Adıçəkilən teatrla Başqırdıstan Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi müsabiqənin münsiflər heyətinə tanınmış opera müğənnisi, respublikanın Xalq artisti Askar Abdrazakov başçılıq edəcək.  

Müsabiqəyə Rusiya və xarici ölkələrdən 18-35 yaşlı kişi və 18-32 yaşlı qadın vokalçılar qatıla bilərlər. Onu da qeyd edək ki, sənət yarışması Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Teatr Xadimləri İttifaqının dəstəyi ilə sentyabrın 13-dən 25-dək keçiriləcək “Ufada Şalyapin axşamları” XVI Beynəlxalq Opera Sənəti Festivalının proqramına daxildir.

Festival günlərində “Faust”, “Çar gəlini”, “Riqoletto” və “Karmen” operaları oynanılacaq, bağlanış günündə isə dəvətli solistlər və müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert olacaq.

GÜLCAHAN