Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Mixail Yefimoviç Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mixail Şvıdkoy Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif edilib.