Xəbər verildiyi kimi, 3-5 oktyabr tarixində İspaniyanın Orense şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında ölkəmiz də təmsil olunub.

Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Günel Aslanova iclasda Azərbaycanın maddi mədəni irs və termal imkanları geniş olan Qəbələ şəhərinin 2019-cu ildə bu beynəlxalq təşkilata üzv seçilməsi ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda həm Qəbələ rayonunun termal infrastruktur imkanları, həm də Qəbələ Dövlət Tarixi-Bədii Qoruğu haqqında əraflı məlumat verilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi bu ilin may ayında Azərbaycana səfərini xatırladaraq, ölkəmizin inkişafından söz açıb, Qəbələnin təqdimatının bəyənildiyini qeyd edib.

Məlumat üçün bildiririk ki, 2019-cu ilin yanvar ayında Parisdə keçiriləcək Baş Assambleyada Qəbələnin EHTTA-ya üzvlüyə qəbul edilməsi nəzərdə tutulur.

Xatırladaqki, AzərbaycanınQalaaltı kurortu 2016-cı ildənAvropaTarixiTermal ŞəhərlərAssosiasiyasının üzvüdür.