Dekabrın 2-dən 9-dək Kazanda gənc rejissorların “Remeslo” (“Hönər”) X Ümumrusiya festivalı keçiriləcək. Bu sənət yarışında 35 yaşına çatmamış  və quruluş verdiyi ilk tamaşanın premyerasından 5 ildən çox keçməmiş rejissorlar iştirak edə bilərlər.

Festivalın digər şərtinə görə, son iki teatr mövsümündə quruluş verilmiş səhnə əsərləri göstərilə bilər. “Remeslo”nun afişasında tatar və rus dillərində 17 tamaşanın adı yazılıb.

Festivalın təsisçisi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı, təşkilatçısı Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrıdır.

GÜLCAHAN