Oktyabrın 29-da Başqırdıstanın Dövlət Opera və Balet Teatrı Moskvada “Musiqini gör” III Musiqili Teatr Festivalı çərçivəsində Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin səhnəsində çıxış edəcək. 

Truppa festivala Yozef Haydnın “Aylı dünya” komik operasını aparır. Ötən mövsümdə ilk dəfə tamaşaya qoyulmuş əsərin musiqi rəhbəri və baş dirijoru Başqırdıstanın Əməkdar artisti, “Qızıl maska” Rusiya Milli teatr mükafatı laureatı Artyom Makarov, quruluşçu rejissoru isə Yelizaveta Korneyevadır.

2017-ci ildə teatrın baş baletmeysteri Leonora Kuvatova “Musiqini gör” festivalının laureatı olmuşdu.

GÜLCAHAN