Saxa-Yakutiya kinematoqrafçılarının ərsəyə gətirdiyi “Hökmdar quş” (“İoyon qııl”) filmi Asiya-Sakit okean regionu kino akademiyasının mükafatına  (APSA/Asia Pacific Screening Award) namizəddir. Filmin adı mükafatın “Mədəni müxtəliflik” nominasiyası üzrə qısa siyahıya salınıb.

APSA “Mədəni müxtəliflik” mükafatını UNESCO-nun patronajlığı altında hər il regionu təmsil edən bir kinooperatora və bir filmə təqdim edir. Bu mükafat ekranda mədəni müxtəlifliyin dəstəklənməsinə və qorunmasına müstəsna töhfəyə görə verilir. Bütün nominasiyalar üzrə qaliblərin adları noyabrın 29-da Avstraliyada elan ediləcək.

GÜLCAHAN