Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti İsveçrədə səfərdə olub. Səfər çərçivəsində Sürix və Bern şəhərlərində rəsmi şəxslər, burada yaşayan soydaşlarımız, türk icmasının nümayəndələri ilə görüşlər keçirilib.

Nümayəndə heyəti Bern şəhərində fəaliyyət göstərən Qarabağ məktəbində də olub, şagirdlərə Azərbaycan dilində dərsliklər, ingilis dilində “Qarabağ xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan mədəniyyəti” kitabları hədiyyə edilib.