Prezident İlham Əliyev martın 5-də Ədalət Məqsəd oğlu Vəliyevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Ədalət Vəliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.