Martın 5-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APDU)  Şamaxı filialı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mərkəzin direktoru Asif Usubəliyev və APDU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova tərəfindən imzalanan sənəd əsasında milli mədəniyyətin, ədəbiyyatın tanıdılmasına və təbliğinə, habelə mədəniyyət müəssisələrinin inkişafına xidmət edəcək birgə innovativ layihələr reallaşdırılacaq. Əməkdaşlıq memorandumu həmçinin tədris və təlim proqramlarının həyata keçirilməsini nəzərdə tutur.