Məmməd Səid Ordubadinin xatirə muzeyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Vətən harayı” mövzusunda dəyirmi masa təşkil edilib.

Muzeyin direktoru Lalə Abaszadə tədbiri açaraq 1918-ci ilin mart-aprel aylarında erməni daşnak və bolşevik dəstələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı haqqında danışıb.

Muzeyin bələdçiləri Lamiyə Balıyeva və Nərmin Baxşıyeva, M.Rahim adına 7 saylı tam orta məktəbin tarix müəllimi Yeganə Bağırova mövzuya dair çıxış ediblər.

Muzeyin elmi işçisi İradə Vəliyeva M.S.Ordubadinin “Qanlı illər” əsərində Qafqazda 1905-1907-ci illərdə baş verən erməni-müsəlman davasının tarixi, xalqımıza qarşı soyqırımları, 1918-ci ilin mart qırğınlarından bəhs edib.