Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili ilə bağlı Türkiyənin CNN Türk TV kanalında geniş reportaj yayımlanıb.

Reportaj Azərbaycan xalqı ilə Prezident arasındakı birliyi tərənnüm edən fikirlərlə başlayır. Sonra Fransanın nüfuzlu tədqiqat mərkəzlərindən olan “Opinion Way” şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələri barədə məlumat verilir. Bildirilir ki, Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin mütləq əksəriyyəti müsbət cavab verib.

Reportajda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan uğurlu siyasət, o cümlədən TANAP kəmərinin əhəmiyyətinə dair məlumatlar da əksini tapıb. Həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrini, paytaxt Bakının müasir görkəmini, eləcə də Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə görüşlərini, eyni zamanda beynəlxalq tədbirlərdə iştirakını əks etdirən kadrlardan istifadə olunub.