D.K.Sivsev-Suorun Omolloon adına Dövlət Opera və Balet Teatrında aprelin 19-dan 23-dək opera müğənnilərinin I Beynəlxalq festival-müsabiqəsi keçiriləcək. Müsabiqə teatrın aparıcı solisti, “Şimal Karmeni” olaraq tanınan, Rusiyanın Əməkdar artisti, Yakutiyanın Xalq artisti Aytalina Adamova-Afanasyevanın adını daşıyır.

Sənət yarışında Yaponiya, Çin, Monqolustan, Qazaxıstan, Moskva, Sankt-Peterburq, Vladivostok, Xabarovsk və Yakutiyanı təmsil edən gənc vokalçılar çıxış edəcəklər.

Münsiflər heyətinin sədri Rusiyanın Xalq artisti, Sankt-Peterburq Mariinsk teatrının Gənc müğənnilər akademiyasının bədii rəhbəri Larisa Georgiyevadır.

Müsabiqənin məqsədi gənc və istedadlı opera müğənnilərini dəstəkləmək, respublikada klassik opera ifaçılığının nüfuzunu qaldırmaq və ictimaiyyətin musiqili teatr sənətinə diqqətini artırmaqdır.

GÜLCAHAN