Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib.

Komissiyanın 9 üzvü tərəfindən müsabiqəyə təqdim olunan 29 pyesin mövzu, bədii və teatral baxımdan dəyərləndirilməsi aparılıb və əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

“Birpərdəli pyeslər” müsabiqəsi komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə müvafiq olaraq aşağıdakı pyeslər müsabiqənin qalibləri elan edilib:

Firuz Mustafa – “Payız meşəsində vals” (I yer)
Cavid Zeynallı – “Ölümə gedən” (II yer)
Sevinc Nuruqızı – “Al çobanyastığı ləçəkləri” (III yer)

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin  I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.

Pyeslərin cari il ərzində xalq teatrları tərəfindən səhnələşdirilməsi nəzərdə tutulur.