Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə “Uşaq musiqi və incəsənət məktəblərində fortepiano alətinin təmiri, köklənməsi və nizamlanması” mövzusunda növbəti ixtisasartırma kursları keçirilir.

Kursların birinci mərhələsində Bakı şəhəri, Ağcabədi, Daşkəsən, Laçın, Qazax, Cəbrayıl və Füzuli rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və kökləyiciləri iştirak ediblər. Kursun kuratoru Abbas Kərimovdur.

Təlimləri bitirən dinləyicilərə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilir. Kursların ikinci hissəsinin 10-21 iyun tarixində keçirilməsi nəzərdə tutulur.