Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin sərgi-yarmarkası üçün əsərlərin qəbulu davam edir.

Sənət əsərləri yarmarkada nümayiş və satış üçün münsiflər tərəfindən baxılaraq seçilir. Qeyd edək ki, seçilmiş rəsm əsərlərinin iyunun 17-dən iyulun 17-dək Bakı Expo Mərkəzində reallaşacaq yarmarkada təqdim olunması nəzərdə tutulur.