Məlum olduğu kimi, 30 iyun – 10 iyul tarixlərində Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin (WHC) 43-cü sessiyası keçiriləcək.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (ICOMOS) Bakı sessiyası öncəsi İtaliyanın Konelyano-Valdobbyadene bölgələrində yerləşən Prosekko təpələrinin UNESCO-nun Dünya irs siyahısına daxil edilməsini tövsiyə edib.

Bildirilir ki, WHC İtaliya hökumətinin təklifini Bakıda qiymətləndirəcək. “Bu, on ildir çatmaq istədiyimiz arzudur”, - deyə Veneto regionunun qubernatoru Luka Zaya bildirib.