İyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçiriləcək. Oyunlarda 50-dən çox ölkənin təmsilçiləri idmanın 15 növündə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. II Avropa Oyunlarında Azərbaycan 80 idmançı ilə təmsil olunacaq.

İyunun 20-də II Avropa Oyunlarının azarkeş zonalarından birində Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib. Tədbirdə Azərbaycanın Əməkdar artisti, II Avropa Oyunlarının səfiri Tünzalə Ağayeva konsert proqramı ilə çıxış edib.

Gecədə Azərbaycanın və Belarusun xalq kollektivlərinin çıxışları, milli mətbəxin təqdimatı olub, 2015-ci ildə Bakıda I Avropa Oyunları zamanı çəkilmiş fotoşəkillərin sərgisi keçirilib.