Sessiya çərçivəsində iyulun 3-də Dünya İrs Komitəsinin büdcə məsələləri üzrə işçi qrupunun iclası keçirilib.

İştirakçı dövlətlərin və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM), Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) və Tarixi Yerlər və Abidələr üzrə Beynəlxalq Şuranın (İCOMOS) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mədəni irsin qorunub saxlanılması üzrə konvensiyada nəzərdə tutulan öhdəliklərlə bağlı irəli sürülən yeni təkliflər ətrafında müzakirələr aparılıb.

Dünya İrs Komitəsinin 2018-2019-cu illər üzrə büdcə hesabatı dinlənilib və qurumun 2020-2021-ci illər üzrə büdcəsi müzakirə olunub.