Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Bakı Xoreoqrafiya Akademiyasından verilən məlumata görə, yubiley medalını Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov professor Timuçin Əfəndiyevə təqdim edib.