Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Mərahim Fərzəli oğlu Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tanınmış teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə təltif edilib.