Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yeni veb-saytı istifadəyə verilib.

Muzey-servetleri-ebm.az domen ünvanında fəaliyyət göstərən saytın dizaynı yenilənməklə yanaşı, funksionallığı artırılıb. Saytda “Tədris”, “Müzakirələr”, “Bərpa olunan eksponatlar”, “Qonaqlar” və “Nəşrlər” bölmələri əlavə edilməklə yanaşı, alt bölmələr də yenilənib.

İstifadəçi rahatlığını təmin etmək məqsədilə məlumatlar keçid saytın əsas səhifəsində yerləşdirilib.

Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.