“Nəsimi ili”ndə daha bir müsabiqə

Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində “Real həyat – real incəsənət” adlı respublika yaradıcılıq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Layihə realizm üslubunda işləyən rəssamlar arasında milli ruh və mövzulu yeni əsərlərin yaradılmasını stimullaşdırmaq və bu üslubun pərəstişkarı olan sənətsevərlərin maraqlarını təmin etmək məqsədi daşıyır. İştirak üçün yaş məhdudiyyəti yoxdur. Rəssamlar bir əsərinin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, əsərin adı, ölçüsü və texnikası barədə məlumatı noyabrın 15-dək Xətai Sənət Mərkəzinin Whatsapp +994 51 310 74 01 nömrəsinə göndərməklə müsabiqədə iştirak edə bilərlər.