Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Başqanlığının (YTB) layihəsi olan “Türk dili mükafatları” müsabiqəsinin qalibləri məlum olub.

YTB-dən verilən açıqlamaya görə, bu il ilk dəfə keçirilən müsabiqəyə müraciətlər 28 fevral – 14 may tarixləri arasında qəbul olunub.

Müsabiqə hekayə, şeir, məqalə və kitab dəstəyi olmaqla, 4 kateqoriyada keçirilib.

Hekayə kateqoriyasında Hicran Erdim (Hollandiya), şeir kateqoriyasında Numan İkut Ayvaz (Almaniya) qalib olub. Məqalə kateqoriyasında Büşra Akyüz (Fransa), kitab dəstəyi kateqoriyasında Avstraliyadan Kazım Atəş mükafat qazanıb. İkinci-üçüncü yerlərin sahibləri də mükafatlandırılıb, həmçinin həvəsləndirici mükafatlar verilib.

MEHPARƏ
Ankara