Bakıdakı “Oxbridge Academy” məktəbinin şagirdləri ölkəmizi Niderlandın Haaqa şəhərində keçirilən Dünya Məktəblilər Olimpiadasının “Global Round 2019” mərhələsində təmsil edib.

50-dən artıq ölkədən məktəblilərin iştirak etdiyi olimpiadanın sonunda iştirakçı ölkələrin tarixi və mədəniyyətini, mətbəxini əks etdirən təqdimatlar keçirilib. “Oxbridge Academy” məktəbinin şagirdləri Azərbaycan stendi ilə maraqlanan qonaqlara mədəniyyətimiz, tariximiz, mətbəximiz və həmçinin Qobustan abidələri haqqında məlumat verib, buklet və broşürlər paylayıblar.