Giriş biletləri bahalaşıb

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi iyulun 15-dən etibarən bütün dövlət muzeylərinə və görməli yerlərə giriş biletlərinin qiymətini 20 faiz artırıb.

Giriş biletləri bahalaşmış muzeylər arasında turistlər üçün çox populyar olan obyektlər də var. Məsələn, Efes, Ayasofya, İstanbuldakı Topqapı sarayının ziyarət edilməsi üçün biletlər 60 lirədən 72 lirəyə, Pamukkalaya səfər üçün 50 lirədən 60 lirəyə qalxıb.

Eyni zamanda məlumat verilir ki, 2018-ci ildə ölkənin muzeylərinə gələnlərin sayı 31 milyondan çox olub.

Bu dəyişikliklər cari mövsümdə tur operatorlarının müştəriləri üçün ekskursiyaların qiymətinə təsir etməyəcək. Çünki müvafiq müqavilələr ilin əvvəlində bütün mövsüm üçün bağlanıb. Gələn il isə qiymətlərə düzəliş ediləcək.