Qazaxıstanın Ulytau rayonunun beynəlxalq səviyyəli etnoqrafik turizm mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə başlanan işlər Qızıl Ordanın 750 illik yubileyinə həsr olunub. Dövrünün ən böyük imperiyası olmuş Qızıl Ordanın əsası  Çingiz xanın oğlu Cuçi xan tərəfindən qoyulub və onun oğlu Batı xan tərəfindən sərhədləri Avrasiyanın şərqdən qərbə coğrafiyasında genişləndirilib.

Ulytaunu qazax xalqının tarixinin qızıl beşiyi adlandıran ölkə başçısı Çingiz xanın böyük oğlu Cuçi xanın məqbərəsinin Qazaxıstanda olmasından çoxlarının xəbərsiz olduğunu deyib: “Ulytau bizim üçün xüsusi hörmətlə yanaşdığımız qazax torpağının mərkəzi hesab olunur. Buna görə də əcnəbiləri xalqımızın əvəzolunmaz zəngin irsi və tarixi şəxsiyyəti ilə tanış etməli, Qızıl Ordanın qurucusu Cuçi xanın məqbərəsini mədəni turizm obyektinə çevirməliyik”.

Mehparə SULTANOVA