Avqustun 30-da Ankarada XVI Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalı başlanıb. Mehtər marşının sədaları altında keçirilən təntənəli açılışa minlərlə insan qatılıb.

Ankaranın Etimesqut rayon bələdiyyəsinin təşkil etdiyi ənənəvi festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəmizə aid stend qurulub. Festival sentyabrın 8-dək davam edəcək. Festivalın son günü “Azərbaycan günü” proqramı  keçiriləcək.