Sentyabrın 21-də Azərbaycan Milli Kitabxanasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun anadan olmasının 60 illiyi münasibətilə geniş kitab sərgisi açılıb.

“Nizami Cəfərov 60” adlı sərgidə akademikin Azərbaycan, rus və digər dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, rəy verdiyi, həmçinin haqqında yazılan kitablar və dövri mətbuat materialları yer alıb.